BAKI, 3 noyabr. TELEQRAF

“İran Silahlı Qüvvələri istənilən mümkün təhdidə qarşı tam döyüşə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Hərbi əməliyyatlar və döyüş meydanında müdafiə hazırlığının ən yüksək səviyyəsindəyik. ABŞ yenidən strateji səhvə yol verərsə, bilməlidir ki, bu dəfə tamamilə yeni müharibə meydanı ilə qarşılaşacaq və bugünkündən daha çıxılmaz vəziyyətə düşərək çıxış yolu axtaracaq”, - spiker bildirib.

O əlavə edib ki, əli həmişə tətiyin üzərində olan İran döyüşə hazır olduğu kimi, ABŞ-yə “güclü və məntiqli cavab” verib: “Hazırda müharibənin qarşısını almaq üçün növbəti addım Vaşinqtondan asılıdır”.

Qalibaf region ölkələrinə də müraciət edərək vurğulayıb ki, İran özünü müdafiə etməyə tam hazırdır və ABŞ-nin mümkün hücumuna qətiyyətli cavab verəcək.