BAKI, 12 aprel. TELEQRAF
İsrail Müdafiə Qüvvələrinin (IDF) bölmələri İordan çayının qərb sahilində yerləşən Tulkərm qəsəbəsində kustar üsulla partlayıcı maddələr istehsal edən laboratoriyanı aşkar edərək sıradan çıxarıb.
Teleqraf xəbər verir ki, kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyat nəticəsində laboratoriyada çoxlu sayda silah və partlayıcı qurğuların hazırlanmasında istifadə olunan materiallar ələ keçirilib.
IDF-in məlumatına görə, laboratoriyada hazırlanan partlayıcılar Yəhudiya və Samariyada fəaliyyət göstərən İsrail hərbçilərinə, habelə mülki şəxslərə qarşı terror aktları törətmək məqsədi daşıyıb. Qeyd olunub ki, sözügedən laboratoriya İsrail ordusunun Samariyanın şimalında antiterror tədbirlərinə başlamasından əvvəl də fəaliyyət göstərib.