BAKI, 6 sentyabr. TELEQRAF

Neft hasilatını könüllü şəkildə azaltmaq öhdəliyini davam etdirən OPEC+ ölkələrinin yeddisi oktyabr ayında hasilatı sentyabr səviyyəsində saxlamaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə OPEC+ təşkilatının açıqlamasında bildirilib.

Qərar Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzairə aiddir.

Beləliklə, 2026-cı ilin oktyabrında Rusiyanın neft hasilatı kvotası sutkada 9,949 milyon barel, Səudiyyə Ərəbistanının 10,478 milyon barel, İraqın 4,431 milyon barel, Küveytin 2,676 milyon barel, Qazaxıstanın 1,628 milyon barel təşkil edəcək.

Əlcəzair üçün hasilat kvotası sutkada 1,007 milyon barel, Oman üçün isə 841 min barel olaraq müəyyənləşdirilib.

“Yeddilik” neft bazarındakı vəziyyəti qiymətləndirmək üçün aylıq görüşləri də davam etdirəcək.