BAKI, 6 sentyabr. TELEQRAF
Yunanıstan təyyarə parkını yeniləməklə havada mühüm üstünlük əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.
“Bu gün Yunanıstan F-16 təyyarələrini modernləşdirə, Rafale qırıcıları əldə edə bilib və hazırda F-35-ləri qəbul edir.
Bu, bizə çox ciddi üstünlük verir. Hətta bunu üstünlük kimi də adlandırmağa cəsarət edərdim.
Bu üstünlükdən istifadə etmədən qala bilmərik”, - Baş nazir bildirib.