NAXÇIVAN, 6 sentyabr. TELEQRAF
Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.
Qəza zamanı "Hyundai", "KIA", "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində Gülər Bayramova və Fidan Abdullazadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.