BAKI, 6 sentyabr. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubu Viktor Osimhen və Mario Leminanın zədələndiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, tibbi müayinələr zamanı hər iki futbolçunun sağ adduktor (qasıq) əzələ qrupunda orta-ağır dərəcəli qanama və gərilmə aşkarlanıb. Onların müalicəsi davam edir.
Məlumata görə, Osimhen və Leminanın bərpa müddətinin 2-3 həftə çəkəcəyi gözlənilir. Bu səbəbdən hər iki oyunçunun UEFA Çempionlar Liqasında “Sportinq”ə (Portuqaliya), Türkiyə Superliqasında “Kocaelispor”a və “Trabzonspor”a qarşı keçiriləcək oyunlarda forma geyinməsi gözlənilmir.
Zədəsini davam etdirən Vilfred Sinqonun isə milli komandaların oyunlarından sonra kollektivə qoşulacağı gözlənilir.