BAKI, 6 sentyabr. TELEQRAF
Böyük Britaniya, Fransa və Almaniya liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri Kiyevə gəliblər. Səfər Ukrayna rəhbərliyinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşnerlə gözlənilən danışıqları ərəfəsində baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Freedom" telekanalı Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq S.Uitkoff və C.Kuşnerlə görüşdüyünü bildirib.
Qeyd edək ki, bundan əvvəl, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Kremldə S.Uitkoff və C.Kuşnerlə görüş keçirib. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov 3 saatdan çox davam edən danışıqların vaxtında aparıldığını, həm Ukrayna böhranının tənzimlənməsini, həm də Rusiya-ABŞ birgə layihələrini əhatə etdiyini bildirib.