BAKI, 4 aprel. TELEQRAF

Yaxın Şərqdə böhranın enerji sektoru və təchizat zəncirlərinə təsiri fonunda regional enerji təhlükəsizliyinin təmin edilməsi vacibdir.

Teleqraf “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və İtaliyanın Baş naziri Corciya Meloni Dohada keçirilən yüksək səviyyəli görüş zamanı danışıb.

Liderlər regional və beynəlxalq hadisələri müzakirə ediblər. Tərəflər gərginliyin azaldılması istiqamətində iş aparılmasının vacibliyini vurğulayıblar. Yaxın Şərqdə mövcud böhranın qarşısının alınmasının ən optimal yolu kimi siyasi dialoq və diplomatik kanallara üstünlük verilməsinin əhəmiyyətini qeyd ediblər.