BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ Silahlı Qüvvələri iyulun ortalarında İranın dəniz limanlarına blokadanı bərpa etdikdən sonra 92 ticarət gəmisinin istiqamətini dəyişdirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“6 sentyabr tarixinə olan məlumata görə, ABŞ Silahlı Qüvvələri 92 kommersiya gəmisinin istiqamətini dəyişdirib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmiyə baxış keçirib”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.

Sentyabrın 3-də istiqaməti dəyişdirilən gəmilərin sayı 87 olub.