GƏNCƏ, 6 sentyabr. TELEQRAF
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, avtomobilin ağaca çırpılması nəticəsində 1963-cü il təvəllüdlü Ziyarət Rəşidova, Röyal Rəşidov və daha bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların bir qismi özəl xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.