BAKI, 4 aprel. TELEQRAF

İraqın cənubunda Şimali Rumeyla neft yatağı ərazisinə iki pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik və enerji mənbələrə istinadən məlumat yayıb.

BP tərəfindən idarə olunan yataqda baş verən hücum nəticəsində üç iraqlı işçi yaralanıb.

Yataqda çalışan iki iraqlı mühəndisin sözlərinə görə, pilotsuz aparatların zərbələri nəhəng Rumeyla neft yatağının bu hissəsində əməliyyatlara təsir göstərməyib, çünki hücumlar avadanlıq anbarlarını hədəf alıb.