BAKI, 4 aprel. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livan paytaxtının cənubunda yerləşən “Hizbullah”a məxsus obyektlərə hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS mülki müdafiə xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hava hücumları günün birinci yarısında Madi, Tauhita əl-Qadir və Əl-Camus bölgələrinə həyata keçirilib.
Mənbə bildirib ki, “Əl-Amana” şirkətinə məxsus bir yanacaqdoldurma məntəqəsi məhv edilib.
İsrail ordusunun gözlənilən hava hücumları ilə bağlı əvvəlcədən etdiyi xəbərdarlıqdan sonra sakinlər evlərindən təxliyə olunub.