BAKI, 28 mart. TELEQRAF

İran ABŞ və İsrail tərəfindən aparılan müharibənin dayandırılması üçün şərtlər irəli sürüb.

Teleqraf “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndəsi, briqada generalı Abolfazl Şekarçi bildirib.

O qeyd edib ki, məhz qalib tərəf müharibənin bitməsi üçün şərtləri müəyyən edir və İranın düşmənləri bunu qəbul etməyə məcbur olacaqlar.