BAKI, 28 mart. TELEQRAF
Dubayda bir sıra hotellər Yaxın Şərqdə davam edən münaqişə fonunda işçi sayını azaldır və əməkdaşları ödənişsiz məzuniyyətə göndərir.
Teleqraf xəbər verir ki. bu barədə “RIA Novosti” hotel sənayesindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, otel sektorunda xüsusilə satış menecerləri yüksək maaş alan kateqoriyaya daxildir və belə şəraitdə ilk növbədə bu sahədə ixtisarlar baş verir.
“Nə turist, nə də korporativ tədbirlər yoxdursa, iş də olmur. Hazırda işçilərə ya qısaldılmış iş saatları, ya 30–50% maaş, ya da ödənişsiz məzuniyyət verilməyə çalışılır”, – mənbə qeyd edib.