BAKI, 28 mart. TELEQRAF

ABŞ-nin Hörmüz boğazında istənilən hərbi əməliyyatı onun tamamilə və qeyri-müəyyən müddətə bağlanmasına səbəb olacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ-nin İrana qarşı quru əməliyyatına başlaması təqdirdə İranın da təhlükəyə cavab olaraq oxşar addımlar atmaq üçün qanuni əsaslarının olacaq.

Qeyd edək ki, dava əvvəl “The Wall Street Journal” ABŞ Konqresindəki üç respublikaçı mənbəyə istinadən yazıb ki, Vaşinqton İrana qarşı quru əməliyyatı keçirmə ehtimalını nəzərdən keçirir və bunun yaxın vaxtlarda başlaya biləcəyi istisna edilmir.