BAKI, 28 mart. TELEQRAF
İran Hayfada yerləşən İsrail Texnologiya İnstitutunun (Texnion) binasına raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Press TV kanalı məlumat yayıb.
Bildirilib ki, binaya ciddi ziyan dəyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ və İsrailin Tehranda yerləşən İran Elm və Texnologiya Universitetinə hücum etdiyi barədə məlumat yayılmışdı.