BAKI, 28 mart. TELEQRAF

Yəmən husiləri İsrailə edilən hücumu təsdiqləyiblər.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Qruplaşma bildirib ki, Qərb Sahilinin cənubunda yerləşən İsrail hərbi obyektlərini hədəfə alan bir neçə ballistik raket buraxılıb.

Hücumun Livan, İran, İraq və Fələstində infrastrukturun vurulması və mülki şəxslərin həlak olması ilə əlaqədar həyata keçirildiyi qeyd olunub.

“Əməliyyat elan edilən məqsədlərə çatılana və bütün müqavimət cəbhələrinə qarşı hücumlar dayandırılana qədər davam edəcək”, - deyə qruplaşma bəyan edib.

*** 10:20

İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində və ətraf yaşayış məntəqələrində Yəməndən həyata keçirilən raket atəşi ilə əlaqədar hava həyəcanı siqnalları verilib.

Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, bu, Yəmən husilərinin İranla davam edən müharibə fonunda İsrailə qarşı ilk hücumudur.

İsrail ordusu Yəməndən raketin buraxıldığını qeydə aldıqlarını və təhlükənin qarşısının alınması istiqamətində tədbirlər gördüklərini açıqlayıb.