BAKI, 26 mart. TELEQRAF
İran İsrail istiqamətində yeni zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri açıqlama yayıb.
“Raketdən müdafiə sistemləri təhdidin qarşısını almaq üçün fəaliyyət göstərir. Əhaliyə məsuliyyətli davranmaq və verilən təlimatlara əməl etmək qəti şəkildə tövsiyə olunur – bu, həyatları xilas edir”, – deyə İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib.
***
09:27
İran Silahlı Qüvvələri İsraildə yerləşən ən böyük istilik elektrik stansiyası – "Orot Rabin"ə raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, stansiyanın yaxınlığında partlayış nəticəsində böyük tüstü buludu yaranıb. Bununla belə, elektrik stansiyasının infrastrukturuna birbaşa zərbə qeydə alınmayıb.
Qeyd edək ki, “Orot Rabin” İsraildə istehsal olunan elektrik enerjisinin təxminən 25%-ni təmin edir.