BAKI, 6 mart. TELEQRAF

“Əgər kürd qrupları İran sərhədlərini keçərsə, İraqın şimalına zərbə endirə bilərik”.

Teleqraf xəbər verir ki, bu barədə İran Müdafiə Şurasının açıqlamasında deyilib.

“İraq Kürdüstanındakı dostlarımız və qardaşlarımıza xatırladırıq ki, indiyə qədər (İranın cavab zərbələri) yalnız ABŞ, İsrail və bölgədəki separatçı qruplara məxsus bazaları hədəfə alıb. Amma bu qruplar İran sərhədlərini keçərsə, kürd bölgəsindəki bütün hədəflərə zərbə endiriləcək”, - açıqlamada qeyd edilib.