TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın nəqliyyat və infrastruktur nazirinin müavini Vahan Kostanyan bildirib.
“Sünikdəki ərazini dəmir yolunun tikintisinə başlamaq üçün hazırlayırıq. İlkin parametrlərimiz var. İlkin ekspert araşdırmaları göstərir ki, bu işlərin birləşdirilməsi xərcləri əhəmiyyətli dərəcədə azaldacaq və təşkilati baxımdan düzgün olacaq. Hökumət artıq həm elektrik xətləri, həm də yolların dizaynı ilə bağlı ilkin tədqiqat sifariş edib. Bu tədqiqatların nəticələrini yaxın aylarda əldə edəcəyik. Beləliklə, 2027-ci il kifayət qədər böyük tikinti ili olacaq və biz əhəmiyyətli dərəcədə irəliləyəcəyik”, - deyə Kostanyan qeyd edib.
Onun sözlərinə görə, dəmir yolunun hansı marşrutla gedəcəyi bəllidir və hazırda ərazinin hazırlanması və minimal mühəndislik işlərinin aparılması üçün işlər görülür ki, gələn il dəmir yolunun faktiki tikintisinə başlaya bilək.
O qeyd edib ki, hazırda Sünikdə təmizləmə işləri aparılır.