BAKI, 24 noyabr. TELEQRAF

İsrail ordusu Fələstinin HƏMAS hərəkatının daxili təhlükəsizlik xidmətinin rəhbəri Naim əbu Nəhəli zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu məlumat verib.

“İsrail Müdafiə Ordusu HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbəri Naim əbu Nəhəli məhv edib”, - Netanyahu X sosial şəbəkəsində yazıb.

Baş nazir qeyd edib ki, öldürülən şəxsin sələfi üç ay əvvəl İsrail Müdafiə Ordusunun keçirdiyi xüsusi əməliyyat zamanı ələ keçirilib.