BAKI, 24 noyabr. TELEQRAF
İraq Baş naziri Əli əz-Zeydi Kürd Muxtariyyətinin rəhbərliyinə neft və neft məhsullarının ixracına icazə verməyi qadağan edib.
Teleqraf xəbər verir ki, bu barədə İraq hökumətinin neft qaçaqmalçılığına qarşı mübarizə tədbirləri ilə bağlı bəyanatında bildirilib.
“Səlahiyyətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə İraq Kürdüstanı hökumətinə neft və neft məhsullarının ixracına dair icazələrin yalnız federal Neft Nazirliyi vasitəsilə verilməsi tapşırılıb”, - bəyanatda qeyd olunub.
Baş nazir bütün sərhəd-keçid məntəqələrinin federal hökumət nümayəndələrinin idarəçiliyinə verilməsi barədə də göstəriş verib.