BAKI, 24 noyabr. TELEQRAF

“Hörmüz boğazı açılmayacaq, hər gün daha da bağlanacaq”.

Teleqraf xəbər verir ki, bunu İran ordusunun baş komandanı Əmir Xatəmi deyib.

“Müharibənin ağrısını təkbaşına çəkmək niyyətində deyilik. Düşmənə (ABŞ-ni nəzərdə tutur - red.) kömək edən və onunla əməkdaşlıq edən hər kəs müharibənin ağrısını hiss etməlidir. Biz bunu həyata keçirəcəyik”, - o əlavə edib.