BAKI, 24 noyabr. TELEQRAF

Türkiyə hər iki tərəfinin razılığı olacağı təqdirdə ABŞ-İran danışıqları üçün platforma təqdim etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Nazirlər Kabinetindən Rusiyanın “Novosti” agentliyinə bildirilib.

“ABŞ və İran Türkiyədə danışıqlar aparmağa razılıq versə, biz belə bir görüşə ev sahibliyi etməyə hazırıq. Hələlik belə bir görüşün təşkili ilə bağlı bizə heç bir müraciət daxil olmayıb”, - mənbə qeyd edib.