BAKI, 23 noyabr. TELEQRAF
“ABŞ və Avropa bizi devirə bilməz, əgər biz öz-özümüzü devirməsək”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bir qədər güzəştə getməliyik. Bunun üçün bir-birimizlə qarşılıqlı əlaqə qurmalı, bir qədər mehriban olmalıyıq. Danışarkən də mehribanlıqla danışmalıyıq. Bir-birimizlə zorakılıqla, kinayə ilə və ittihamlar irəli sürməklə danışmamalıyıq. Bütün bunlar olsa, problemlər həll olar, hər yer gülüstana çevrilər və bu vəziyyətdən çıxarıq.
Bir-birimizə qarşı dözümlü olmalı və bir-birimizin fəaliyyətinə mane olmamalıyıq. Birlik və həmrəyliyimizi qoruyub saxlasaq, məhəlləmizi, şəhərimizi, vilayətimizi və ölkəmizi abadlaşdıra bilərik”, - dövlət başçısı qeyd edib.