BAKI, 23 noyabr. TELEQRAF

İraq İranla “Şələmçə” sərhəd-keçid məntəqəsini qeyri-müəyyən müddətə bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, İraq sərhəd-keçid məntəqəsini “gömrük sistemlərində yaranan nasazlığı” əsas gətirərək bağlayıb. Məntəqənin nə vaxt açılacağı isə bildirilməyib.

İraq xarici işlər naziri Fuad Hüseyn bundan əvvəl ABŞ-nin rəsmi şəkildə iki keçid məntəqəsi istisna olmaqla, İraqın İranla bütün sərhəd-keçid məntəqələrinin bağlanmasını tələb etdiyini açıqlamışdı. Bundan sonra İraqın bir neçə məntəqəni bağlaması haqda məlumat yayılıb.