BAKI, 23 noyabr. TELEQRAF
“Qonşu müsəlman ölkələri ilə əlaqələr və qarşılıqlı fəaliyyətlərin qurulması İran üçün danılmaz zərurətdir”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Qonşu İslam ölkələri bizim dini qardaşlarımızdır. ABŞ və düşmənlərimiz məhdudiyyətlər və sanksiyalar tətbiq etməklə ölkəmizi diz çökdürməyə çalışırlar. Bu fonda qonşu ölkələrlə konstruktiv və çoxtərəfli əməkdaşlıq qurmaqla digər nəqliyyat marşrutlarını quru yolları ilə əvəz edə və məhdudiyyətlərin, problemlərin azaldılması üçün zəmin yarada bilərik. Çatışmazlıqların və problemlərin azaldılması üçün hamımız əlimizdən gələni etməliyik”, - İran dövlət başçısı bildirib.