BAKI, 24 noyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bildirilib ki, görüş Ağ Evdə baş tutub.
Tərəflər ABŞ və İran arasında dialoqun bərpası istiqamətində səyləri müzakirə ediblər.
Qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 22-də "Fox News" telekanalına açıqlamasında Vaşinqton və Tehran arasında münaqişənin dayandırılması ilə bağlı dolayı məsləhətləşmələrin davam etdiyini bildirib.