BAKI, 23 noyabr. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və İsrail Avropanın dəstəyinə baxmayaraq, İran xalqını məğlub edə bilməyib.
Teleqraf xəbər verir ki, nazir son iki ilin İran üçün çətin müqavimət dövrü olduğunu vurğulayıb.
"Biz son iki ildə çətin müqavimət dövründən keçmişik. ABŞ İsrail və Avropanın dəstəyi ilə belə İran xalqını məğlub edə bilmədi", – A.Əraqçi qeyd edib.