BAKI, 24 noyabr. TELEQRAF

İstanbul Baş Prokurorluğunun kapital bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı istintaq çərçivəsində yeni qərar qəbul edilib.

Teleqraf xəbər verir ki, istintaq çərçivəsində ikinci dəfə prokurora ifadə verən Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Fatma Betül Sayan Kaya İstanbul Cumhuriyyət Baş Prokurorluğunun kapital bazarlarında aparılan əməliyyatlarla bağlı investisiya fondları üzrə araşdırması çərçivəsində noyabrın 6-da həbs edilib.