BAKI, 23 noyabr. TELEQRAF

“Bütün cəbhələrdə müharibəyə son qoyulması ABŞ ilə istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır, bu, İranın tələblərindən biri olaraq qalır”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Bütün cəbhələrdə müharibənin dayandırılması istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır. Müharibənin davam etdiyi yerdə razılaşma ola bilərmi? Buna görə də, bu, İranın tələblərindən biridir”, - diplomat bildirib.

Bəqayinin sözlərinə görə, bu tələb təkcə İranın maraqlarına cavab vermir, həm də bütün region qarşısında məsuliyyətini əks etdirir, Tehran regiondakı təhlükəsizlik və sabitliyi vahid bütöv kimi görür. Diplomat vurğulayıb ki, İranın tələbləri aydındır və Xarici İşlər Nazirliyi onları qətiyyətlə və ardıcıl şəkildə həyata keçirəcək.