BAKI, 23 noyabr. TELEQRAF

PKK terror təşkilatı İraqın şimalındakı daha 14 yeraltı sığınacağı boşaldıb.

Teleqraf xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrinə istinadla “TRT Haber” məlumat yayıb.

Təşkilat üzvlərinin noyabrın 18-də sığınacaqlardan tamamilə çıxdıqları bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən sözügedən mağara və ya yeraltı sığınacaqlar istifadəyə yararsız hala salınıb.

PKK bundan əvvəl bölgədə bir sıra sıra mövqelərini İraq təhlükəsizlik qüvvələrinə təhvil vermişdi.