BAKI, 9 yanvar. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini etirazçılarla toqquşmadan çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah bildirib.

Ölkə rəsmisi deyib ki, Məsud Pezeşkian 12 gündən çoxdur davam edən etirazlar zamanı milli təhlükəsizliyə ciddi təhdid olmadığı təqdirdə təhlükəsizlik qüvvələrinin maksimum təmkinlə hərəkət etməli olduğunu bəyan edib.

Qaimpənah İran Prezidentinin sözlərindən sitat gətirib: “Silahlı və bıçaqlı insanlar, eləcə də hərbi və təhlükəsizlik obyektlərinə hücum edənlər iğtişaşların təşkilatçıları hesab olunurlar. Təhlükəsizlik qüvvələri dialoq və dinc ünsiyyət təmin etməli və xalqın tələblərini dinləməlidirlər”.