BAKI, 12 dekabr. TELEQRAF
“ABŞ və İsraillə 12 günlük müharibə zamanı İranın nüvə obyektləri məhv edilib”.
Teleqraf xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“İki nüvə gücü 12 günlük müharibə zamanı bizə hücum etdi. Amma biz hələ də başıuca dayanmışıq, onlar İranın iki-üç nüvə obyektini məhv etdilər, amma bilik və elmimizi məhv edə bilmədilər”, - o bildirib.
Zərif qeyd edib ki, müharibə İranda narahatlıq hissi və müharibə ilə sülh arasında qeyri-müəyyən vəziyyət yaradıb.