BAKI, 19 oktyabr. TELEQRAF
Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin nümayəndələri Misir vasitəçiləri ilə danışıqlar aparmaq üçün Qahirəyə gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə radikal qrupun "Telegram" kanalında dərc olunmuş press-relizində deyilir.
Məlumata görə, hərəkatın nümayəndə heyətinə HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Heya rəhbərlik edir.