BAKI, 1 sentyabr. TELEQRAF

“Qonşumuz Suriyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən istənilən cəhdə qarşı durmağa davam edəcəyik”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib.

“Suriyada davamlı regional sülh və sabitlik üçün tarixi imkanlar təqdim edən yeni dövrün qapıları açılıb. Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini qoruyaraq bərpasına verəcəyimiz dəstək bütün bölgəmizə fayda verəcək.

Qonşumuz Suriyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən istənilən cəhdə qarşı durmağa davam edəcəyik”, - dövlət başçısı vurğulayıb.