BAKI, 13 mart. TELEQRAF

Kanada Suriyaya qarşı maliyyə sanksiyalarını yumşaltmaq və səfir təyin etmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Kanada hökumətinin Suriya üzrə xüsusi nümayəndəsi Ömər Əlqabra məlumat verib.

“Kanada suriyalıların bütün vətəndaşlarına hörmət edən inklüziv ölkə qurmalarına imkan yaratmaqda əhəmiyyətli rol oynaya bilər. Biz həmçinin Suriyanın yenidən xaos və qeyri-sabitliklə üzləşməsinin qarşısını ala bilərik”, - kanadalı diplomat qeyd edib.