BAKI, 7 may. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Gürcüstandakı əlaqələr ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat verilib.