BAKI, 6 noyabr. TELEQRAF
Çin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasını dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Çin Azərbaycan tərəfinin Pekinin əsas maraqlarına toxunan məsələlərdə uzunmüddətli və qətiyyətli dəstəyini yüksək qiymətləndirir:
“Rəsmi Pekin bundan sonra da Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyəcək”.
Lu Mey qeyd edib ki, Qlobal Cənub ölkələri olan Çin və Azərbaycan BMT də daxil olmaqla çoxtərəfli platformalarda səmərəli əməkdaşlıq edir, həqiqi çoxtərəfliliyi və beynəlxalq ədaləti müdafiə edirlər:
“Çin Azərbaycanın 2026–2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəkləyir.