BAKI, 5 noyabr. TELEQRAF
ABŞ Hərbi Akademiyasının eksperti Con Spenser Azərbaycanın dünyəvi dövlət modelini və qadınların cəmiyyətdəki mövqeyini yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Uest-Poyntdakı ABŞ Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunda şəhər döyüşləri tədqiqatları istiqamətinin rəhbəri və Şəhər Döyüşlərinin Öyrənilməsi Layihəsinin həmdirektoru Con Spenser sosial media hesabında paylaşım edib.
Bakıya son səfəri zamanı “Azad qadın” heykəlini ziyarət etdiyini bildirən ekspert Azərbaycanın dünyəvi xüsusiyyətlərinə diqqət çəkib.
O qeyd edib ki, müsəlmanların çoxluq təşkil etdiyi ölkədə qadınlar başlarını örtməyə məcbur edilmir, geyimlərini sərbəst seçir, dövlət idarəçiliyində və müxtəlif peşə sahələrində fəaliyyət göstərirlər.
C. Spenser 1960-cı ildə ucaldılmış heykəlin qadınların azadlığını, təhsil almaq və ictimai həyatda iştirak etmək hüququnu simvolizə etdiyini vurğulayıb.
Ekspert Azərbaycanın məktəblərdə hicabla bağlı geyim qaydalarını da xatırladaraq bunun ümumölkə miqyasında qadağa olmadığını, məhdudiyyətin yalnız məktəb geyiminə aid edildiyini qeyd edib.
O, Azərbaycanla qonşu İran arasında qadın hüquqları baxımından ciddi fərq olduğunu bildirib.
Con Spenser 2022-ci ildə hicab qaydalarını pozmaqda ittiham edilərək saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin hadisəsini xatırladıb, İran hakimiyyətini qadınlara və etirazçılara qarşı zorakılıqda ittiham edib.
Ekspert paylaşımını “Azərbaycan kimi olun” çağırışı ilə yekunlaşdırıb.
Last day in Baku. Visited the "Free Woman" or "Unveiling" statue. As a Western visitor to Azerbaijan, there are many surprises. One is the secular nature of a Muslim-majority country where women are not required to cover their hair, can dress as they choose, serve in government, and pursue careers across society. In the middle of Baku stands the Free Woman monument or statue of a liberated woman, depicting a woman removing her veil. Erected in 1960, it symbolizes Azerbaijani women’s emancipation, their freedom to abandon the veil, pursue education, and participate in public life. That history remains relevant today. Azerbaijan recently tightened school uniform rules, restricting the hijab in public schools in defense of its longstanding secular tradition. Not a nationwide ban on the hijab as some media have claimed, but school dress restriction. Women are free to wear it outside school. I find the contrast with neighboring Iran striking, especially when it comes to women’s freedoms, including control over their own appearance and lives. In Iran, 22-year-old Mahsa Amini died in September 2022 after being arrested by the morality police for allegedly violating hijab rules and then beaten to death in captivity. Her story is one of many of the human rights violation by Islamic Regime in Iran’s against their own society that includes murder, torture, sexual violence, and persecution of women, mowing down protestors with machine guns. Be more like Azerbaijan.
— John Spencer (@SpencerGuard) November 5, 2026