BAKI, 3 noyabr. TELEQRAF
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türkiyənin Kütləvi Mənzil Tikintisi İdarəsinin (TOKİ) rəhbəri Mustafa Levent Sungur ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfirlik "X" platformasında məlumat yayıb.
Nəzakət səfəri çərçivəsində keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Kahramanmaraşda inşa edilən Azərbaycan məhəlləsi və burada tikintisi davam edən Heydər Əliyev Mədəniyyət Mərkəzi barədə fikir mübadiləsi aparılıb.