BAKI, 6 noyabr. TELEQRAF

2027-də Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq.

Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq geniş və perspektivli imkanlar yaradır:

“Çin tərəfi bu yubileyi dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların tam şəkildə həyata keçirilməsi, qarşılıqlı dəstək və dostluq ənənələrinin inkişafı, eləcə də modernləşmə sahəsində geniş imkanlardan birgə istifadə baxımından əlverişli fürsət kimi dəyərləndirir”.

Səfir vurğulayıb ki, Çin Azərbaycanla birlikdə ikitərəfli münasibətlərin gələcək inkişafına daha böyük töhfə verməyə hazırdır.