BAKI, 3 noyabr. TELEQRAF
Azərbaycanın hərbi transformasiyası qələbədə mühüm rol oynadı.
Teleqraf xəbər verir ki, bunu "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiyalar və qələbə" kitabının müəllifi, "Madison Policy Forum"un direktoru, "New America" təşkilatının gələcək təhlükəsizlik məsələləri proqramının baş elmi işçisi və Yaxın Şərq İnstitutunun əməkdar hərbi elmi işçisi Liam Kollinz kitabın təqdimatında deyib.
O, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində hərbi potensialın gücləndirilməsinin və orduda aparılan dəyişikliklərin əhəmiyyətini vurğulayıb:
“Ordunun döyüş effektivliyi silah sistemlərinin həm sayından, həm də keyfiyyətindən asılıdır”.
Liam Kollinz Ermənistanın sonrakı illərdə hərbi islahatları həyata keçirə bilməməsinə və iqtisadi inkişaf tempinin zəifləməsinə də diqqət çəkib.