BAKI, 5 noyabr. TELEQRAF

Dövlətlər gələcək risklərə hazır olmaq üçün böhranları ayrı-ayrılıqda deyil, müxtəlif sahələrə təsirlərini nəzərə alaraq qiymətləndirməlidir.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) Almaniyadan olan üzvü Rolf Alter Bakıda keçirilən “İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” tədbirində bildirib.

O qeyd edib ki, maliyyə böhranları, səhiyyə problemləri və inflyasiya kimi hadisələr bir-biri ilə əlaqəli olduğundan onların idarə olunması müxtəlif qurumların və nazirliklərin birgə fəaliyyətini tələb edir.

Rolf Alter dövlət idarəçiliyində riskləri qiymətləndirmək bacarığının və kadr potensialının vacibliyini vurğulayıb:

“Qurumlarda çalışan şəxslər yalnız peşəkar biliklərə deyil, həm də ortaq düşüncə tərzinə və əməkdaşlıq iradəsinə malik olmalıdırlar”.

Ekspert bildirib ki, böhranların mümkün nəticələrini anlamaq və onlara hazırlıqlı olmaq dövlət institutlarının gələcək çağırışlara uyğunlaşması üçün vacibdir.