BAKI, 6 noyabr. TELEQRAF
Çinlə Azərbaycan arasında əlaqələr bu il iki ölkə liderinin strateji rəhbərliyi ilə inkişaf edir və geniş potensiala malikdir.
Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, hər iki ölkənin müvafiq qurumları dövlət başçıları arasında əldə olunan mühüm razılaşmaların icrası istiqamətində sıx koordinasiya şəraitində çalışırlar:
“Bu əməkdaşlıq ikitərəfli əlaqələrin daha da inkişafına və yeni nəticələrin əldə olunmasına töhfə verir”.