BAKI, 6 noyabr. TELEQRAF

Çin Kommunist Partiyası ilə YAP arasında yüksək səviyyəli təmaslar və təcrübə mübadiləsi davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.

Diplomatın sözlərinə görə, son illərdə Çin lideri Si Cinpin və Prezident İlham Əliyevin diqqət və dəstəyi ilə iki siyasi təşkilat arasında müxtəlif formatlarda yüksək səviyyəli fikir mübadiləsi aparılıb.

Lu Mey YAP-ın VIII qurultayının uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb:

“Çin tərəfi hakim partiyalar arasında institusional əlaqələrin möhkəmləndirilməsi, partiya quruculuğu sahəsində təcrübə paylaşımı və qarşılıqlı öyrənmə istiqamətlərində əməkdaşlığı genişləndirməyə hazırdır”.

Səfir vurğulayıb ki, tərəflər partiyaların fəaliyyətini və dövlət idarəçiliyini təkmilləşdirmək üçün birgə çalışmaq niyyətindədir.