BAKI, 5 noyabr. TELEQRAF

“ASAN xidmət” mərkəzləri dövlət xidmətlərinin əlçatanlığını və vətəndaş məmnunluğunu artıran uğurlu modeldir.

Teleqraf xəbər verir ki, bunu BMT Baş katibinin müavini Raniya əl-Məşat Bakıda keçirilən “İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” tədbirində bildirib.

O qeyd edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” dövlət idarəçiliyində insan mərkəzli innovasiyanın nümunəsidir:

“Mərkəzlər vahid xidmət məntəqəsi modeli vasitəsilə dövlət xidmətlərinin göstərilməsini asanlaşdırır və vətəndaş məmnunluğunu artırır”.

BMT rəsmisi vurğulayıb ki, idarəetmə innovasiyalarının əsas nəticəsi daha keyfiyyətli xidmətlər, ədalətli imkanlar və vətəndaşların etimadını qazanan dövlət institutları olmalıdır.