BAKI, 20 avqust. TELEQRAF

Azərbaycanda Bayıl Kulinariya Təcrübə Mərkəzi və Tuğ Enoturizm Təcrübə Mərkəzi (Şərab Zavodu və üzüm bağları) istifadəyə veriləcək.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Layihə çərçivəsində mərkəzlər ilə bağlı təhlillər aparılacaq və təkliflər hazırlanacaq. Bundan əlavə, “Milli dadlar” elektron qastronomiya portalındakı məlumatların beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyası və portalın beynəlxalq və yerli arenada təbliğ edilməsi hədəflənib.

Layihə üzrə əsas icraçı orqan Dövlət Turizm Agentliyidir.