BAKI, 4 noyabr. TELEQRAF
Gələcəkdə Bakıda da tibbi turizm sahəsində fəaliyyət göstərən xəstəxanaların cəmləşəcəyi xüsusi ərazinin formalaşdırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov jurnalistlərə açıqlamasında deyib.
“Bu istiqamətdə işlər davam etdirilir. Lakin bu, qısa müddətdə həyata keçiriləcək proses deyil. Hazırda həm yerli, həm də xarici tərəfdaşlarla əməkdaşlıq aparılır”, - deyə o bildirib.
O əlavə edib ki, eyni zamanda 2024-cü ildən sağlamlıq turizmi üzrə ixtisaslaşan müxtəlif otellərin tikintisi həyata keçirilib və onların qarşıdakı illərdə fəaliyyətə başlayacaq:
“Belə otellər artıq Qarabağda, xüsusilə Kəlbəcər və Zəngilanda fəaliyyətə başlayır”.