BAKI, 4 noyabr. TELEQRAF
Azərbaycanda tibbi turizmin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər çərçivəsində tibbi klasterlərin və azad iqtisadi zonaların təşkil imkanları da nəzərdən keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə səhiyyə naziri Anar Bayramov Bakıda keçirilən Sağlamlıq Turizmi Konfransında çıxışında deyib.
O qeyd edib ki, qarşıdakı dövrdə əsas prioritetlərdən biri tibbi turizmin inkişafı üzrə vahid strateji yanaşmanın formalaşdırılmasıdır:
“Bundan başqa, beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin təşviqi, tibbi xidmətlərin rəqabətlilik qabiliyyətinin artırılması və xarici pasientlərin ölkəmizə olan etimadının möhkəmləndirilməsidir.